Lightup təlimlərimiz çərçivəsində 30.10.2021-ci il tarixində növbəti təlimimiz oldu. Təlimçi iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev “İslam Bankçılığı” mövzusunda təlim verdi. Təlimdə əsasən İslam Bakçılığının tarixi, inkişafı və əsası üzərinə danışıldı.Qərbdə və İslam ölkələri arasında bu prinsibə üstünlük verən ölkələrdə bankların işləyiş tərzi və ölkəmizdə inkişafı mövzusundaki suallar cavablandırıldı. Həmçinin təlimdə Ruslan Atakişiyevin “İslam maliyyə və sistem alətləri” kitabının da tanıtımı oldu.