İnstragram platformasının bəzi istifadəçilərə izləyici sayını artırmaq üçün bir sıra tövsiyələr verdiyi bəlli olub.
Məlum olduğu kimi, sosial media platformaları yayımlanan kontentləri daha çox insanın görməsi üçün müəyyən alqoritmə sahibdir. Bu alqoritmə uyğun həyata keçirilən yayımlar istifadəçilərin daha çox insana çatmasına şərait yaradır. Odur ki, Instragram platformasının da bəzi populyar istifadəçi profillərinə izləyici sayını artırmaq üçün özəl tövsiyələr verdiyi məlum olub.
Sözügedən tövsiyələr aşağıdakılardır:
- Həftə ərzində 3 dəfə kontent paylaşmaq (Reels və ya IGTV videoları da daxil olmaqla)
- Həftə ərzində 8-10 hekayə paylaşmaq (Gündə ən az 2)
- Həftə ərzində 4-7 Reels videosu paylaşmaq
- Həftə ərzində 1-3 IGTV videosu paylaşmaq (Instagram canlı yayımları daxil olmaqla)
Onu da qeyd edək ki, bəzi sektor mütəxəssisləri bu tövsiyələrin kifayət qədər faydalı olmadığını iddia edir.