İslam, Xristianlıq və Yəhudilik üçün müqəddəs sayılan 5000 illik yaşayış məntəqəsi, sivilizasiyaların kəsişdiyi yer olan Qüds…
400 il Osmanlı hakimiyyəti altında tarixinin ən çiçəklənən dövrünü yaşayan, xalqının təhlükəsiz yaşadığı və hər üç dinin mənsublarının ibadət azadlığının olduğu Qüds müxtəlif dövürlərsə böyük dağıntılara məruz qalmışdır.
Öncəki tarixi dönəmlərdə bir çox kəz Səlib yürüşlərinə məruz qalan Qüds hər dəfəsində yenə öz əzəmətini qoruya bilmişdir.Böyük dağıntılara və mədəniyyət abidələrinin dağıdılmasına daşınmasına baxmayaraq öz tarixi əzəmətindən heç bir şey itirməmişdir.
Eramızdan əvvəlki illərdə bir dövlət və mədəniyyətin hakimiyyəti altında olan Qüds bu günə qədər idarə edənlər sırası ilə aşağıdaki kimi olmuşdur.
1.Roma İmperiyası
2. Bizans İmperiyası
3. Sasanilər
4. Dörd Xəlifə Dövrü
5. Əməvilər
6. Fatimilər
7. Qüds Krallığı
8. Əyyubilər
9. Məmlüklər
10. Osmanlı İmperiyası
11. Britaniya İmperiyası
12. İsrail-İordaniya
13. İsrail
İngiltərənin 1917-ci ildə işğalından və 1948-ci ildə işğalçı İsrail dövlətinin yaradılmasından bəri Fələstində qeyri-müəyyənlik və qarşıdurma mühiti hökm sürür.
Bu qeyri-müəyyənlik və qarşıdurma şəraitində ərəb dövlətləri ilə İsrail dövləti arasında 4 böyük müharibə baş vermişdir
1948 Ərəb-İsrail müharibəsi
1956 Süveyş böhranı (İkinci Ərəb-İsrail müharibəsi)
1967 Altı günlük müharibə
1973 Yom Kippur müharibəsi
Qədim Qüds şəhərinin 3 monoteist din İslam, Xristianlıq və Yəhudilik üçün əhəmiyyəti aşağıdakı kimidir.
İslam-İslamın ilk qibləsidir. Merac hadisəsi burada baş verib.
Xristianlıq-İsa Peyğambərin burada çarmıxa çəkildiyinə inanılır.
Yəhudilik-Hz.Davud tərəfindən qurulan ilk İsrail dövlətinin paytaxtıdır. Hz. Süleymanın tikdirdiyi Süleyman məbədi buradadır.
Çox əhəmiyyətli mənaları olan və hər üç tövhid dininin müqəddəs yeri olan Qüds, bu xüsusiyyətinə görə tarix boyu mübahisələrə səbəb olmuşdur.
Hal-hazırda qarşıdurmaların və mübahisələrin davam etdiyi Qüds məsələsinin hüquqi ölçüsü ilə bağlı məsələlər 20-ci və 21-ci əsrlərdə xronoloji olaraq aşağıdakı kimi baş verdi;
1917-Balfur Bəyannaməsi Fələstin ərazilərində (Qüds də daxil olmaqla) İsrail dövlətinin yaradılmasını vəd edirdi.
1922-Millətlər Cəmiyyəti Fələstində Britaniya mandatının yaradılmasını təsdiqlədi.
1947-Birləşmiş Millətlər Təşkilatı Qüdsü “Beynəlxalq ərazi” elan etdi.
1948-Milli Yəhudi Şurası Fələstin torpağında İsrail dövlətinin qurulduğunu elan etdi.
1948-Ərəb-İsrail müharibəsindən sonra Qüds iki yerə bölündü. (Qərbi Qüds İsrailin nəzarəti altındadır, Şərqi Qüds ərəblərin nəzarətində qalır)
1949-İsrail Qərbi Qüdsü “paytaxt” elan edərək parlamenti Təl-Əvivdən Qüdsə köçürüb.
1967-İordaniyanın nəzarətində olan Şərqi Qüds 6 günlük müharibədə İsrail ələ keçirildi.
1977-Misir prezidenti Ənvər Sədat İsraili və onun Qüds üzərində suverenliyini tanıyan ilk ərəb lideri oldu.
1980-İsrail parlamentdə qəbul edilən Qüds Qanunu ilə Qüdsü vahid (şərq-qərb) “əbədi paytaxt” elan edildi.
1980-Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Qüdsün İsrailin paytaxtı elan edilməsini tanımadı.
1995-ABŞ Konqresi ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə qərar qəbul etsə də, onun icrası geciktirdi. İcrası Tramp dönəmində həyata keçirildi.
2016-YUNESKO 18 oktyabr 2016-cı il tarixində aldığı qərarla Qüdsdəki Məscidül-Əqsanın yəhudiliklə heç bir əlaqəsinin olmadığını bəyan etdi.
Bütün bunlarla bərabər ABŞ prezidenti Donald Tramp Qüdslə bağlı açıqlama vermişdi. O bütün dünyanın yaxından izlədiyi açıqlamada Tramp “İndi Qüdsü İsrailin paytaxtı kimi tanımaq vaxtıdır” demişdir.Bu çıxışından bir müddət sonra rəsmi olaraq səfirlik Qüdüsə köçürülmüşdür. Qüds tarix boyu böyük mədədniyyətlərə ev sahibliyi etməsinə baxmayaraq daim sabitliyin qorunub saxlanılmasının çətin olduğu bir mərkəzdir. Bu gün Qüds məsləsi uzun müddətdir öz həllini gözləyən və gözləyəcək olan bir məslədir. Böyük güclərin yanaşmalarında olan İkili standartlar, bir çox məslədə olduğu kimi burada da tarix boyu özünü göstərmişdir.