Bu mövzuda bir az susmağımıza baxmayaraq, xüsusilə də gənc olduğumuz zamanlarda, həyatımızın bir sıra sahələrində mükəmməllik tapacağımıza ümid edirdik. Bir gün mükəmməl harmoniyalı bir münasibətə çatacağıq, bizə yaraşan və gəlirli bir işimiz olacaq, xoşbəxt ailə həyatımız olacaq, hamının rəğbətini qazanacağıq. Buna ümid edirdik. Bunların xəyalını qururuq. Ancaq həyatın planları pozmaq və bizə zərbə endirmək kimi pis bir vərdişi var – və bəzən bizə gözəl yuxulardan, xülyalardan geriyə, yalnız xəyal qırıqlığı və uğursuz həyat fraqmentləri qalır. Məyusluq anlarında ağlımızı Yapon fəlsəfəsindən, xüsusən də Zen Buddist yanaşmasından keramika anlayışından götürə bilərik.
Kintsuqi və ya bəzən kinistrıkoy adlanan bu üsul qızıl, gümüş və ya platin tozları vasitəsilə qırılmış bir qabı təmir etmə sənətidir. Sınmış keramikaları təmir etməklə onlara yeni nəfəs vermiş oluruq və çapıq izləri sayəsində hətta əvvəlkindən daha zərif və mükəmməl olurlar.
Sevimli bir fincanımız və ya əşyamız qırılanda onu təəsüf hissi ilə yığışdırıb atmaq istəyirik. Lakin bu bənzərsiz metod, bizə bunu etmək əvəzinə sınıq və qırılmış qabları yenidən necə dəyərli hala gətirə biləcəyimizi öyrədir. Yapon kintsuqi sənəti qırıq cisimlərin gizlədiləcək, utanılacaq bir şey olmadığını, əksinə qürurla nümayiş etdirmək olduğunu öyrədir.
Kintsuqinin mənşəyi tamamilə aydın olmasa da, tarixçilər bunun on beşinci əsrin sonlarına aid olduğuna inanırlar. Rəvayətə görə, bu sənətkarlıq, Yapon şoqonu Aşıqaka Şaquntanunun səkkizinci şabanını Aşikaqa Yoşimasanın, sevimli çay fincanını qırdıqdan sonra onu bərpa edilməsi üçün Çinə göndərdiyi vaxtlara təsadüf edir. Fincan isə çox səliqəsiz şəkildə balaca dəmir sancaqlarla bir-birinə bağlanmış formada geri qaytarılır. Fincanın bərpası mümkünsüz göründüyü üçün sahibi onu bərpa edilməsi üçün yapon sənətkarına göndərməyi qərara alır. Şaqunatın bu inadına təəccüblənən yapon sənətkarı fincanın sınmış hissələrini laklı qətran və qızıl tozu ilə birləşdirərək onu zinət əşyası etməyi qərara alırlar.
Ənənəvi kintsuqi texnikasında, təmir üçün uruşi lakı və qızıl tozundan istifadə etməyi nəzərdə tutur. Uruşi lakı zəhərli sarmaşıqlardan hazırlanır. Buna görə də bu işləri yerinə yetirərkən bir çox hallarda zəhərlənmələr, ölümlər də olur. Bu toksiklik, həqiqi qızıl tozunun yüksək qiymətinə və əlavə olaraq lakın özünü də bahalı edir.
Yaponlar düşünür ki, keramika və həyat min hissəyə parçalana bilər, amma bunu onu sonlandırmaq üçün əsas deyil. Mühüm məsələ emosional problemlərimizin üzərinə getmək, qısa həyatımızı yenidən qura bilmək və bu prosesdə daha da güclənməkdir. Kintsuqinin həyat fəlsəfəsinin ilk addımı risq almaq və zərər görməkdən qorxmamaqdır.
Vabi sabi: qeyri-kamilliyə heyran qal
Vabi sabi qüsurları qeyd etmək və sadə yaşamaqdır. “Hər kəs çətin anlardan keçir və mükəmməl bir həyat sürmək mütləq real deyil”. Yapon dilində vabi tək mənasını verir və sabi zamanın keçməsidir. Birlikdə bizə özümüzün yaxşı və pis hissələrimizi necə əhatə etməyi və həyatın asimmetriyasını öyrədirlər. “Qüsurlarımızı qucaqlamaq və güclü tərəflərimizi qeyd etmək lazımdır. Mümkün olmayan bir ideal üçün səy göstərməkdən güclü tərəflərimizi əhatə edən düşüncənin bu dəyişməsi, daha çox müsbət və güc yönümlü bir düşüncə tərzinə səbəb olur . ”
Niyə bu sənət insan olaraq bizim üçün vacibdir? Yəqin ki, digər insanların mükəmməl olmasını gözləmirsiniz. Əslində insanlar zəifliklərini ortaya qoyduqda, köhnə yaralarını göstərdikdə və ya səhvlərini etiraf etdikdə siz həmin insanları təqdir edə bilərsiniz. Zəifliklərin üzə çıxarılması, səhvlərin qəbul edilməsi münasibətlərdə yaxınlıq və inam yaradır və qarşılıqlı anlaşmanı inkişaf etdirir. Yenə də başqaları həqiqətdə olduqda tez-tez rahatlansaq da, özümüzü ifşa etməkdən qorxuruq. Başqaları qüsurlarını etiraf edəndə onların dürüstlüyünü müsbət görürük, ancaq öz uğursuzluqlarımızı etiraf etmək istəmirik bunu daha problemli məsələ hesab edirik. Bu, başqalarının təcrübələrini mücərrəd öz təcrübələrimizi isə çox konkret gördüyümüz üçün baş verir. Başımıza gələn şeyləri yaxın və fiziki olaraq hiss edirik. Digər tərəfdən, başqalarının başına gələnlər daha çox ibrətamiz bir nağıl kimi işləyir, çünki uğursuzluq ağrısı özümüzün deyil və məsafə bizə perspektiv verir. Hamımız nəzəri olaraq pis şeylərin ola biləcəyini başa düşürük. Fəqət başımıza gələndə özümüzü pis hiss edir və özümüzü qınayırıq.
Zəiflik səndə cəsarətdir, amma məndə çatışmazlıq: bu tamamilə səhvdir. Şaqunatın qabını çoxdan qızılla təmir edən kintsuqi sənətkarları kimi, qüsurlar işlənəcək hədiyyələrdir, gizlənəcək utanclar deyil.
Həyatımızdakı səhv addımlardan və uğursuzluqlardan utanmaq absurddur, çünki hər kəsin başına gəlir və heç bir təcrübə boşa getmir. Etdiyiniz hər şey – yaxşı, gözəl, pis, çirkin – bir dəfə də olsun təkrarlamaq istəməməyinizə baxmayaraq həyat dərsi ola bilər. Əslində səhvlər hamının ən vacib və təsirli təcrübəsi ola bilər. Şeylər dağıla bilər. Bu həyatdır. Ancaq ağıllısan, hər qırıntıdan istifadə edib, özünə yamaq düzəldə bilərsən. Bacarıqlılığın, dayanıqlığın, əzmkarlığın özü budur.
Özümüz də daxil olmaqla hər şeyin və hər kəsin mükəmməl olmasını gözlədiyimiz zaman yalnız gözəl olanların çoxunu istəmirik, həm də mənbələrin boş yerə sərf olunduğu, insanların müsbət keyfiyyətlərinin qüsurları lehinə nəzərdən qaçırıldığı və standartlarımızın imkansız olduğu bir dünya yaradırıq. Məhdudlaşdırıcı və sağlam olmayan. Əvəzində kintsuqi yanaşması bizi daha çox, fərqli, başqa və daha yaxşı şeylər üçün əbədi qavramaqdansa, mövcud olanlardan, çatışmazlıqlardan və hər şeydən gözəlliyi vurğulayır .
Kintsuqi qüsurlu gözəllik fəlsəfəsidir. Mükəmməl olmağa məcbur deyilik. İlk günki kimi qırıqsız, çatsız sağlam bir ruha sahib olmağa məcbur deyilik. Düzgün hesablanmış formada özümüzlə maraqlana bilsək, öz qayğımıza qala bilsək, kintsuqinin əlindən tuta biləcəyik. Vacib olan qırığı təmir etmək deyil, onun həqiqi dəyərini ortaya çıxarmaqdır.
Başqa sözlə, yaşadığınız təcrübələr olduğunuz insan kifayətdir. Bəzən bir əşya qırıla bilər və qırılaraq təmirə ehtiyacı ola bilər. Və bu yaxşıdır. Ancaq gerçəklik planetdəki hər kəs üçün əlçatan olan ən yaxşı və ən zəngin materialdır, pulsuzdur və hamımız əlimizdə olanları – qüsurlarımız da daxil olmaqla daha da gözəl olmaq üçün istifadə edə bilərik. Axı, çatlaqlarımız bizə xarakter verəndir. Və parlayaq!
Hacı İsgəndər
Möhtəşəm bir motivasiya aldım. Gözəl sözlər, xatırlatmalar, məqamlar və misallar…
Gözəl möhtəşəm bir məqalə