- Yaxşı yazan müəlliflərin əsərlərini oxumaqla siz gözəl danışmağı öyrənirsiz.
- Mədəniyyət – oxunmuş kitabların çoxluğu deyil, məhz başa düşülən kitabların çoxluğudur.
- Kitab oxuyan insanlar daim televizora baxan insanları idarə edəcək.
- Kitablar filmlərdən daha yaxşıdır. Çünki xüsusi effektləri təsvir etməkdə təxəyyülün sərhədi yoxdu.
- Daha çox oxuduqca, bir o qədər az təqlid edirsən.
- İnsanlar iki qrupa bölünür: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar.
- Qəpikləri üst-üstə qoyduqda manat əmələ gəldiyi kimi, oxunan məlumatlar da üst-üstə yığılıb bilik əmələ gətirir.
- Fiziki idman hərəkətləri bədən üçün nə dərəcədə əhəmiyyətlidirsə, oxumaqda beyin üçün o dərəcədə əhəmiyyətlidir.
- 90 gün ərzində kitaba toxunmamaqdan daha pis bir şey varsa, o da 90 gün kitaba toxunmayıb və heç nəyin olmadığını düşünməkdir. Cim Ron.
- Kitabları yandırmaqdan daha böyük cinayətlər var, məsələn, onları oxumamaq kimi. Rey Bredberi.
- Ağıllı olmaq üçün 10 kitab oxumaq kifayətdir, lakin onları başa düşmək üçün minlərlə kitab oxumaq lazımdır.
- Kitablar – zamanın dalğalarında üzən və öz dəyərli yükünü nəsillərdən nəsillərə daşıyan fikir gəmisidir. Frensis Bekon.
- Yadda saxlayın: Sizi təmsil edən şeylər oxuduqlarınız ilə müəyyənləşir. Cim Ron
- Kitablara etibar et, onlar ən yaxın olanlardır. Onlar lazım olanda susur və zəruri halda qarşınızda dünyaları açaraq danışırlar.
Banker