Kitablar ən qədim dövrlərdən bəri var olan və həyatımızın hər sahəsində ehtiyac duyduğumuz əsərlərdir. Əlindəki hər kitabın tarixi ilə maraqlanan oxucularımız üçün hazırladığımız bu yazıda kitablar haqqında bilinməyən 15 maraqlı məlumatı əldə edəcəksiniz.
- Dünyanın ən uzun cümləsi
Fransız yazıçı Viktor Hüqonun 1862-ci ildə qələmə aldığı “Səfillər” romanı dünya klassikasının şedevrlərindəndir . Romantik cərəyanın öncülərindən olan yazıçının eyni adlı əsəri bir çox film və tamaşaya çevrilmişdir. Kitabın üçüncü hissəsində üç səhifə davam edən bir cümlə vardır ki, birnəfəsə oxumaqla bitirmək mümkün deyil. 823 sözdən ibarət olan bu cümlə, indiyə qədər yazılmış ən uzun cümlə olaraq qəbul edilir.
- Dünyanın ən kiçik kitabı
Dünyada ən kiçik kitab olaraq qəbul edilən “Dörd fəslin çiçəkləri”, 22 səhifədən ibarətdir. 0.75 x 0.75 millimetrlik ölçüyə malik olan kitab Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Yaponiyadakı “Toppan nəşriyyat” evi tərəfindən nəşr olunan kitab hazırda ölkəmizdə qorunmaqdadır. Əlbəttə ki, bu kitabı oxumaq üçün xüsusi mikroskop və ya lens tələb olunur.
- Dünyanın ən uzun romanı
İndiyə qədər yazılmış ən uzun roman 13.095 səhifədən ibarətdir. 1649 və 1653-cü illər arasında çap edilən “Artamène ou le Grand Cyrus” adlı kitab 10 cilddən ibarət olub, ümumilikdə 2 milyona yaxın sözdən ibarətdir. Fransız yazıçlar Scudéry və Georges de Scudéry tərəfindən qələmə alınan əsər bu günə qədər yazılmış ən uzun roman hesab olunur.
- Xarici dillərə ən çox tərcümə edilən kitab
Antoine de Saint-Exupéry-in 1943-cü ildə nəşr etdirdiyi “Balaca şahzadə”ni yəqin ki, aramızda oxumayan yoxdur. Bütün zamanların ən çox oxunan və ən yaxşıları arasında özünə yer edən kitab, həmçinin Le Monde-un 1000 kitabı siyahısında da yer almaqdadır. 7-dən 70-ə hər kəsə xitab edən kitab indiyə qədər 253 dil və ləhcəyə çevrilmişdir. “Balaca Şahzadə”ni isə bu yolda başqa bir nağıl kitabı olan Pinokyo izləməkdədir.
- Əsərləri ən çox tərcümə edilən yazar
UNESCO-nun hazırladığı siyahıya əsasən, əsərləri ən çox tərcümə edilən yazıçı Aqata Kristidir. Yaratdığı Herkul Puaro xarakteri ilə nəfəsləri kəsən detektiv romanları yazan Kristinin kitabları dünyanın, demək olar ki, hər yerində oxunur. UNESCO-nun 1932-ci ildən bəri ərsəyə gətirdiyi bazaya əsasən, Aqata Kristinin kitablarının 7233 tərcüməsi edilib. Buradakı 7233 sayı çevrilmiş dilləri yox, kitabların neçə fərqli formada çevrilməsini göstərir.
- Dünyanın ən bahalı kitabı
İndiyə qədər ən baha qiymətə satılan kitab Leonardo Da Vinçiyə məxsusdur. Da Vinçinin əlyazma kitabı olan “Codex Leicester” Bill Gates tərəfindən 48,4 milyon dollara alınıb. Dünyanın ən böyük dahiləri və elm adamlarından biri olan Leonardo Da Vinçi bu kitabında astronomiya, suyun hərəkəti, hidrologiya və geologiya sahələrində etdiyi araşdırmalardan bəhs etmişdir.
- Ən böyük kitab oğurluğu
İndiyə qədər bilinən ən böyük kitab oğurluğu Stephen Blumberg tərəfindən edilmişdir. Təbabətdə bibliomaniya kimi bilənən “Kitab yığmaq xəstəliyi”nə yoluxan bu adam 268 kitabxanadan 23.000 kitab oğurlamışdır. Həyatı boyu oğurladığı bu kitabların dəyəri isə 20 milyon dollar olduğu təxmin edilir.
- İnsan dərisi ilə hazırlanmış kitablar
Aparılan araşdırmalara görə, 17-ci yüz illikdə insan dərisi ilə kitab cildləmə sənəti mövcud olmuşdur. Anthropodermic bibliopegy andlandırılan bu sənət ən çox anatomiya kitabları üçün tətbiq edilirdi.
Tibb dərslərində istifadə olunan kadavrların dərilərinin soyularaq anatomiya kitablarını cildləmək üçün istifadə edildiyi hesab edilir. Hal-hazırda Harvard Universiteti Kitabxanasında insan dərisi ilə cildlənmiş 3 kitab mövcuddur. Bu kitablardan biri Roma şeirlərindən, digəri Fransız fəlsəfəsindən, sonuncusu isə Orta Əsrlər İspaniya hüququndan bəhs edir. 1600-cü illərdə İspaniya hüququndan bəhs edən kitabın içərisindəki bu sətirlər qan dondurucudur:
“Bu kitabın cildlənməsi 4 avqust 1632-ci ildə Wawuma tərəfindən, hələ canlı ikən dərisi soyulan əziz dostum Jonas Wright-dan geriyə qalan yeganə şeydir. Kral Mbesa yazıq Jonas-ın malik olduğu bir neçə şeydən biri idi və indi onu dərisi kitabın üzlüyünü əhatə edir. Nur içində yatsın.
- İlk mətbəə
Bir çox yenilik kimi ilk mətbəə də çinlilərin ixtirasıdır Çində yaranmış bu mətbəə ağac oyma və presləmə texnikasına əsaslanırdı. Yəni dünyanın ilk mətbəəsi hər hansı bir mexanikaya əsasən fəaliyyət göstərmirdi. Hərflərdən tək-tək istifadə olunması isə yenə də çinlilər tərəfindən 1040-cı illərdə yaranıb.
- Dünya tarixində nəşr olunan ilk qəzet
İnsanlıq tarixinə baxanda dünyanın ilk qəzetinin Misirdə olduğunu görürük. 3400 il bundan əvvəl Misirlilər ictimaiyyətə lazım olan əhəmiyyətli hadisələr və davamlı inkişaf haqqında mözvulardan yazıblar. Bişmiş kərpiclərlə hazırlanan bu tabletlərin əllə oxunması mümkündür. Nil çayının sahillərində yerləşən bu həblər ilk qəzetlər sayılır. Çap kimi isə ilk dəfə bizim eranın 700-cü illərində Çində çıxıb. İlk qəzetləri çinlilər Pekində çap ediblər.
- İndiyədək ən çox satılan kitab
Bu günədək ən çox satılan kitab Charles Dickensin 1859-cu ildə nəşr etdiyi “İki şəhərin hekayəti” adlı romandır. Kitabın təxminən 200 milyon nüsxəsi satılıb və hələ satılmağa davam edir. Kitabın orijinal adı “A Tale of Two Cities”dir. İngilis dilində çap edilmiş bu kitab Fransız İnqilabı zamanı baş verən hadisələrdən bəhs edir.
- Ən uzun vaxtda yazılan kitab
Bizim bir nəfəsdə oxuduğumuz və kaş daha uzun olardı dediyimiz kitabların bəzisinin bir neçə günlük, bəzisinin isə illər çəkən yazılma tarixi vardır. Dünyanın ən uzun müddətdə yazılan kitabı J.R.R.Tolkien-in müəllifi olduğu “Üzüklərin hökmdarı” kitabıdır. Bu kitab nə az, nə çox düz 16 ilə qələmə alınıb.
- Ən qısa vaxtda yazılan kitab
Ən uzun vaxtda yazılan kitabı dedik. İndi isə ən qısaya keçək. Ən çox sevilən və oxunan uşaq kitablarından olan “Zolaqlı pijamalı oğlan”, sadəcə 2,5 gündə yazılıbdır. John Boyne tərəfindən qələmə alınan kitab 2,5 gündə tamamlan bu roman indiyədək ən qısa müddətə yazılan romanları siyahısında ilk pilləyə yiyələnib.
- Tolstoyun “Hərb və Sülh” əsərinin 7 dəfə əl ilə nüsxəsi çıxarılmışdır
Rus və dünya ədəbiyyatının ən məşhur yazarlarından biri olan Lev Tolstoyun qələmə aldığı “Hərb və Sülh” ən çox oxunan dünya klassiklərindəndir. 1869-cu ildə yazılan kitab 1225 səhifədən ibarətdir. “Hərb və Sülh” kitabını bu siyahıya əlavə etməkdə məqsədimiz isə Tolstoyun həyat yoldaşı tərəfindən 7 dəfə əl ilə köçürməsidir. Bəli, Tolstoyun əl yazma kitabı olan 1225 səhifəlik “Hərb və Sülh” həyat yoldaşı tərəfindən düz 7 dəfə üzü köçürülüb çoxaldılmışdır.
- Qulliverin səyahətləri
Jonathan Swift tərəfindən 1726-cı ildə nəşr olunan “Qulliverin səyahəti” uşaq romanı kateqoriyasına girən macəra kitabıdır. Orijinal adı “Travels into Several Remote Nations of the World by Lemuel Gulliver” olan əsər ən çox oxunan dünya klassikləri arasında da yer almaqdadır. Gəmi kapitanı olan Lemuel Qulliverin macəralarına rast gəldiyimiz kitabda Mars planetinin iki peykindən bəhs edilir. Conatan Svift kitabda Phobos və Demios adlı iki peykin həm dönmə sürətlərini, həm də ölçülərini dəqiq şəkildə izah edir. Maraqlısı isə budur ki, astoronomlar Marsın adı keçən bu peyklərini kitabdan 100 il sonra kəşf edirlər. Ancaq yazıçının bu məlumatları haradan, necə öyrəndiyi hələ də sirr kimi qalmaqdadır.
Paratic