Ərazisində “Makedoniya” adlı bir bölgə olduğunu deyən Yunanıstan, keçmişdə Makedoniya coğrafiyası olaraq təyin olunan bölgənin müəyyən bir ərazisinə sahib olan Makedoniya Respublikasının bu adın istifadəsinə hər zaman qarşı çıxmışdır.
Bu səbəbdən Afina administrasiyası Makedoniyanın Aİ və NATO üzvlüyünə uzun müddət veto qoymuşdur.
İki ölkə liderlərinin razılığından sonra 2018-ci ildə keçirilən referendumda Makedoniya xalqına “Makedoniya ilə Yunanıstan arasında razılaşmanı qəbul edərək Avropa İttifaqı (Aİ) və NATO-ya üzv olmağa razısınızmı?” sualını verildi.
Xalq 91% bəli ilə ad dəyişikliyini qəbul etdi və ölkənin yeni adı “Şimali Makedoniya” oldu.
Yunanıstanın veto haqqından istifadə edərək istədiyinə nail olmasından sonra , Makedonya üçün NATO və Aİ üzvlük müzakirələrinin başladılması daha asan olacağı düşünülürdü. Beləki Yunanıstan vetosu qaldırıldıqdan sonra Şimali Makedoniya rəsmi olaraq NATO-ya üzv oldu.Ancaq əsas problemlər hələ qarşıda idi.
Beləki bu səfər də Bolqaristanın istək və tələbləri ortaya çıxmağa başladı. Avropa Şurası 2018-ci ildə Şimali Makedoniya və Albaniya ilə üzvlük danışıqları üçün ilkin danışıqların yaxşı getdiyini və danışıqların başlamasını tövsiyə etmişdir.
Hər şey yolunda olanda ilk olaraq Fransa prezidenti Makron işə qarışaraq “Aİ-nin böyüməsi məntiqli deyil, büdcəyə yükdür” dedi və danışıqlar yarımçıq qaldı.Daha sonra fikrini dəyişdirən Makron danışıqların dəvam etməsi üçün razılığını bildirmişdir 2020-ci ilin martında Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarına başlamaq barədə razılığa gələn Aİ xarici işlər nazirləri prosesi sürətləndirmək üçün ilk addımı atdılar.
Makedoniyalılar “Biz qaldığımız yerdən dəvam edəcəyik” deyə ümid edərkən bu xoşbəxtlik 8 ay davam etdi.Beləki 2020-ci ilin noyabrında Bolqarıstan Şimali Makedoniyanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara veto qoydu.
Bolqarıstan Şimali Makedoniyada yaşayan bolqarların sıxışdırıldığını və konstitusiya tərəfindən tanınmadığını iddia etmişdir.
Digər bir məsələ Osmanlı İmperiyasına qarşı üsyan edən və həm bolqarlar, həm də makedoniyalılar üçün “milli qəhrəman” kimi görünən Qotse Delçevə sahiblənmə məsələsi idi. Beləki Delçevin hansı ölkənin qəhrəmanı olması ilə bağlı məsəslə mübahisəli idi.
Bolqaristan bütün bu məslələrdə Şimali Makedoniyadan Bolaristanın xeyrinə güzəştə getməsini tələb etməkdədir. Avropa İttifaqına üzvlük məsləsində Şimali Makedoniyanın işinin çətin olduğu yaxın bir neçə ildə də mümkün olmayacağı görünür.