Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.
O bildirib ki, bunlardan yeddisi Ağdam Sənaye Parkının, beşi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, səkkizi Sumqayıt Kimya Sənaye Parkının, üçü Pirallahı Sənaye Parkının, biri Hacıqabul Sənaye Məhəlləsinin, ikisi Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən 471 milyon manat investisiyanın yatırılması, 3 100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.