Toyota ötən il dünyada ən çox satılan avtomobil markası olmaqla Volkswagen-i taxtından endirib.
Xarici mətbuata istinadla bildirilir ki, 2020-ci ildə dünya üzrə ən çox satılan avtomobil markaları açıqlanıb. Yaponiyanın avtomobil nəhəngi Toyota ötən il 9,53 milyon satış həcmi ilə dünyanın ən çox satılan avtomobil markası olub. 2019-cu ilin ən çox satılan avtomobili olan Almaniyalı Volkswagen isə ötən il 9,31 milyon satışa imza atıb. Bununla da Toyota 5 ildən sonra yenidən zirvənin sahibi olub.
Məlum olduğu kimi, 2020-ci il pandemiya səbəbilə avtomobil istehsalçıları üçün çətin keçib. Nəqliyyat vasitələrinə tələb ilin sonuna doğru yaxşılaşmağa başlasa da, fabriklərin və avtomobil salonlarının bağlanması ilə satışlar əvvəlki ilə nəzərən 14% geriləyib.
Analitiklər isə qeyd edirlər ki, qlobal miqyasda avtomobil satışları 2021-ci ildə 84,4 milyona yüksələcək ki, ötən il bu göstərici 76,8 milyon olub. 2025-ci ildə isə qlobal satış həcminin 94,8 milyona çatacağı proqnozlaşdırılır.
Banco