Orta Asyanın böyük Türk mərkəzlərindən biri olan Qazaxıstanda baş verən hadisələri böyük üzüntü ilə izləməktəyik. İlk başda qazın qiymətinin qaldırılması kimi bir sıra sosial problemlərdən qaynaqlanan etirazlar az müddət sonra sisyasi böhrana səbəb oldu. Beləki silahlanan etirazçılar hökümət binalarına, bank və mağazalara basqınlar etmiş və buda etirazların başqa bir mərhələyə keçməsinə gətirmişdir.
Bu etirazlara qədər olan dönəmdə baş verən hadisələrə yaxından baxsaq görərik ki bir çox qərar və hadisələr o cümlədən bölgədə baş verən böyük güc adlandırdığımız dövlətlərin çıxar mubarizəsinin Yaxın Şərqdən bu bölgələrə keçməsinin bir göstəricisi ola bilər.
Qazaxistanın həm Çinlə həm də Rusya ilə sərhəd olması və keçmiş Sovetlərin enerji və təsərrüfatla zəngin bir bölgəsi olması Rusya baxımdan tək Qazaxistanı deyil bu bölgəni Rusyanın qırmızı xətti etmişdir.
Qazaxistanda Nazarbayev sonrası hakimiyyətə gələn Tokayev dönəmində də bir sıra vacib qərarlar qəbul edilmişdir.Onlardan biri də Cənubi Qazaxistan vilayətinin adını dəyişdirərək Türkistan olaraq qeyd olunmasıdır. Məsələ sadəcə bir vilayətin adının dəyişdirilməsi deyil eyni zamanda mədəniyyət, tarix və Türkistan dövlətçilik ənənəsinin dəvam etdirilməsi ilə bağlı bir mesaj olmuşdur
Rusya və Qazaxistan arasında münasibətlər hər zaman yüksək tərəfdaşlıq və qarşılıqlı çıxarlar tərəfi üstün görünsədə bu Rusyanın Qazaxistana torpaq iddalarını olmadığı anlamına gəlməmişdir. Müxtəlif zamanlarda müxtəlif rəsmi şəxslərin ağzından bu iddalar hər zaman dilləndirilmişdir.
Bunlardan son olaraq 2020-ci il də Rusya dumasında Vahid Rusya partiyasının deputatı Nikonovun “Qazaistan ərazisi Rusya və Sovetlərin Qazaxistana hədiyyəsidir” çıxışı Qazaixtan tərəfindən etirazla qarşılamış və Rusyaya nota verilmişdir. Həmin dönəmdə Qazaxistan prezidentinin” Egemen Qazaxistan “qəzetinə dərc olunan məqaləsində ölkənin süverenliyini istənilən şəkildə müdafiə etməyə və müstəqil siyasət yürütməyə hər zaman dəvam edəcəklərini bildirmişdir
Qazaxistan müstəqilliyini elan etdikdən sonra keçniş possovet məkanında Rus dilini ən aktiv şəkildə dövlət səviyyəsində istifadə edən bir neçə dövlətdən biri olmuşdur. Bu da Qazax dilinin zamanla ikinci plana düşməsinə hətta bir müddət sonra unudulmasına da gətirib çıxara bilərdi. Müəyyən addımlar zamanla atılmışdır. Bunlardan ən son 28 yanvar 2021 – Qazaxıstan Milli Əlifba Komissiyası latın hərflərinə tətbiq edilən yeni qazax əlifbasını təqdim etmişdir. Bununla bağlı geniş hərtərəfli işlər həyata keçirilmişdir. Yeni əlifbaya keçmək birdən birə bir sıra çətinlikləridə bərabərində gətirəcəyi gözlənilən idi. Bu çətinliklərin önünə keçmmək üçün bir sıra addımlar atılmışdır.Yeni saytlar hazırlanmış və geniş təbliğat aparılmışdır. Xalq tərəfindən bu islahat müsbət qarşılanmışdır. Hətta bu prosesə bir çox qazaxlar haqlı olaraq aşağıdakı cümlələrlə reaksiya vermişdir: “Biz latın əlifbasına keçmirik, latın əlifbasına qayıdırıq”.
Bütün bunlarla bərabər 23 dekabr 2021-ci il – Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında Qazaxıstanın rusdilli ölkə olduğunu söyləmiş və Qazaxıstan hökumətinə rus dilinə verdiyi dəstəyə görə təşəkkür etmişdir. “Mən Qazaxıstan administrasiyasına rus dilinin inkişafına göstərdikləri diqqətli münasibətə görə çox minnətdaram. Qazaxıstan sözün əsl mənasında rusdilli ölkədir. Rus dilini öyrənən məktəblərin və ali təhsil müəssisələrinin filiallarının sayı günü-gündən artır”.
30 dekabr 2021-ci il – Qazaxıstanda rus dilində yazmaq məcburiyyəti ləğv edilmişdir. Vizual məlumat üçün, xüsusən reklam lövhələrində və afişalarda rus dilində yazmaq öhdəliyi aradan qaldırılmış və qazaxca yazılmağa başlanmışdır
Qazaxistan üçün bir digər önəmli məsələ və Rusyanın buraya hər zaman təsir etməsi üçün bir faktor olan ölkə əhalisinin yüzdə 20 sinin Rus olması olmuşdur. Beləki Rus kökənli əhalinin azımsanmayacaq sayda olması və ölkənin iqtisadi yöndən önəmli bölgələrində yaşaması Rusya üçün bu bölgənin önəminin əsas göstəricilərindən biridir.
8 dekabr 2021-ci il – Prezident Tokayev Baş nazir Əsgər Mamini qəbul etmişdir. İclasda ümumi siyahıyaalmaya baxış keçirilmişdir. Nəticələrə görə, ölkə əhalisinin 70 faizindən çoxunu qazaxlar təşkil edir. Müstəqillik illərinin ilk dövrünün rəqəmlərini müqayisə etdikdə, qazax əhalisinin 40 faizdən 70 faizə yüksəlməsi, böyük əhəmiyyət kəsb etmişdir.
2022 ilinin Qazaxistan üçün daha da yaxşı keçməsi gözlənilərkən qazın qiymət artımı ilə bərabər yaşanan ixtişaşlar daha da böyüyərək ölkədə hökümətin istefasına və komendat saatının elan olunmasına gətirib çıxarmışdır.Etirazçılar öz istəklərinə nail olmasına baxmayaraq ixtişaşlar dəvam etmiş və məsələ artıq Qazaxistan prezidentinin KTM ye mürüciət edərək dəstək istəməsinə gətirib çıxarmışdır.
Hadisələrin böyük şəhərlərə sıçrayaraq daha da ciddiləşməsi, sosial tələblərin başqa müstəviyə keçməsi düşündürücüdür. İnsanlar və təhlükəsizlik qüvvələri arasında itkilər var. Ortada informasiya çirkliliyi var ki, hansı xəbərin doğru ya yalan olması ictimaiyyəti daha da çarəsizləşdirir. Polisin və ordunun yetərsizliyi və kənardan dəstək tələbi problemin ölçüsü ilə birlikdə qüvvələrin orada hansı mövqe tutacağı da çox önəmlidir.Etirazçıların Prezident tərəfindən terrorçu adlandırılması və silahı yerə qoymayanlara qarşı ən sərt şəkildə cavab veriləcəyini bildirməsi itkilərin sayının artması ilə nəticələnəcəkdir. Orta Asyanın uzun illər stabil olan bir ölkəsində birdən birə bu şəkilldə hadisələrin inkişafı bu bölgənin Çin üçün də əhəmiyyətindən qaynaqlana bilər. Avropa enerji təhlükəsizliyində Qazaxistanla bərabər digər Orta Asya ölkələrinin rolunun artması düşünülərkən bu kimi hadisələrin baş verməsi hələki xəbərdarlıq rolunu oynamış ola bilər.
Qazaxistandaki bu böhran Rusyanın bölgədəki gücün də bir göstəricisidir. Hadisələrin inkişafı Rusyanın KTMT ilə birlikdə bölgəyə daxil olması bir mesaj olmuşdur. Ukranya ətrafında Amerika və Avropa ilə baş verən böhran, Rusyaya qarşı sanksiyalar istənilən nəticəni verməmişdir. Rusyanın nüfuz sahibi olduğu bölgələrdə güzəştə getməsi gözlənilmir. Qazaxistan o cümlədən Orta Asyada bu qəbildəndir.
Bu kimi hadisələrlə başlayan Ərəb baharı adlanan bir dönəmdən sonra baş verən dəyişikliklərin gözlənilən nəticəni tam verməməmişdir. Hətta bəzi Ərəb ölkələrinə baharın artıq yerini qışa buraxması ölkələrin hazırkı vəziyyətindən aydın görünür. Qazaxistanda olan hadislərin də hansı böyük gücün çıxarına olacağını zaman daha aydın göstərəcəkdir. Ancaq Türk dövlətlərinin bu qədər yaxşı əlaqələr qurduğu bir dönəmdə bu kimi hadislərin baş verməsi ölkəyə başqa sülməramlı qüvvələrin gəlməsi şübhəsiz Türk dövlətlərinin çıxarına deyildir. Bu hadislərdən sonra Qazaxistan artıq qışımı baharımı yaşayacaq bunu zaman göstrəcəkdir