Ramazan ayı dinimiz tərəfindən uca və müqəddəs sayılan mübarək/bərəkətli bir aydır. Müqəddəsliyi və fəziləti Quran və Sünnə ilə təsbit edilən Ramazan ayı həm də “on bir ayın sultanı” kimi qəbul edilir.
Rəhmət, bərəkət və oruc ayı Ramazan; Qardaşlıq və məhəbbət bağlarının möhkəmləndiyi, ruhumuzun xeyirxah nəsihətlərə, həvəsləndirici təkliflərə açıq olduğu, mənəvi hisslərimizin canlılıq qazandığı, birlik və həmrəyliyimizin gücləndiyi müqəddəs və xeyirli aydır.
Ramazan Qurani-Kərimdə açıq-aydın (Şahru Ramazan ellezi) kimi qeyd olunan mübarək bir aydır. Ramazan ayı, Kuran’da adı geçen ve vurgulanan tek aydır.
Bu ayda aləmlərə rəhmət olaraq göndərilən Hz Məhəmməd Peyğambərə (s.a.v) qiyamətə qədər insanlığa işıq tutacaq Qurani Kərim endirilməyə başlanmışdır.
Ramazan içərisində bəşəriyyət üçün min aydan daha xeyirli olan Qədr Gecəsini ehtiva edən mübarək aydır.
Sevgili Peyğəmbərimizin sözləri ilə; Ramazan əvvəlində rəhmət, ortada bağışlanma, sonunda isə cəhənnəm odundan qurtuluş ayıdır.
Hər kim bu ayda idarəsi altında olanların işini yüngülləşdirsə, Allah onu bağışlayar və cəhənnəm əzabından xilas edər.
Ramazan ayı oruc tutmaq kimi hikmətlə dolu bəndəlik etmək və ibadət ləzzətini dadmaq mümkün olan bənzərsiz bir aydır.
Ramazan aləmlərə rəhmət olaraq göndərilən son elçi Hz. Məhəmmədə (s.a.v) peyğəmbərlik vəzifəsinin verildiyi aydır. 610-cu ilin ramazan ayının 27-ci gecəsinin səhəri ona ilk vəhyini Cəbrail “Oxu” əmri ilə verdi.
Bundan əlavə, Ramazan Bədir qəhrəmanlarının küfr qoşunlarına qarşı verdikləri İslamın ölüm-dirim savaşında qalib gəldiyi müqəddəs zəfər ayıdır.
Uca Allah Bəqərə surəsinin 185-ci ayəsində belə buyurur:
Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz.
Ramazan hərfi mənada şiddətli və yandırıcı istilik deməkdir.Günahların saleh əməllərlə yandırıldığı üçün bu ad verilmişdir .
Ramazan ayınız mübarek olsun.