Müharibə mühitinin qeyri-müəyyənliyində gələcəklə bağlı proqnoz vermək çətin ola bilər. Bir çox siyasi analtiklərin Rusiya Ukrayna müharibəsinin aylar öncədən başlayacağı ilə bağlı xəbərdarlıqları özünü doğrultmuşdur. Müharibənin fonunda cəbhə xəbərləri, diplomatik bəyanatlar, köçkün və kədərli insanların iztirabları çox emosional ola bilər.
Bütün bunlarla bərabər müharibənin necə bitəcəyini öncədən müəyyən etmək çətindir. Müharibənin əvvələrində Rusiyanın ukraynanı bir neçə günə işğal edəcəyi gözlənilirdi. Ancaq müharibənin gedişi proqnozları alt üst etmişdir. Siyasətçilər və hərbi planlaşdırıcılar hansı ssenariləri araşdırır? Bu insanların əksəriyyəti gələcəyi proqnozlaşdırmağın çətin olduğunu desələr də, onların müəyyən qədər uzaqgörənliyi var.
Qısa müharibə
Bu ssenaridə Rusiya hərbi əməliyyatlarını artırır. Mülki itkilərdən asılı olmayaraq Ukrayna ərazisində artilleriya və raket hücumlarını artırmaqla öz istəyinə nail olmağa çalışacaqdır.
İndiyə qədər böyük bir fəaliyyət görmədiyimiz Rusiya Hərbi Hava Qüvvələri dağıdıcı hava zərbələri endirməsi və . böyük kiberhücumlarla kritik infrastruktur obyektlərini hədəfə alınması müharibənin gedişatını dəyişə bilər.
Elektrik verilişi xətlərinin və rabitə infrastrukturunun kəsilməsi ilə minlərlə dinc sakin ölümü qaçınılmaz olacaqdır. Kiyev cəsur müqavimətə baxmayaraq, bir neçə gün ərzində süqut edə bilər.
Hökumət devrilir və Moskvanın quracağı marionet hökumət hakimiyyətə gəlir. Prezident Zelenski öldürülür və ya qaçmağa məcbur edilir.
Putin qələbəsini elan edir və qüvvələrinin bir hissəsini geri çəkmək və Ukraynanı nəzarətdə saxlamaq üçün kifayət qədər qoşun saxlayır. Minlərlə qaçqın Qərbə qaçır. Ukrayna Belarus kimi Rusiyanın peyk dövlətinə çevrilir.
Bu ssenari, əlbəttə ki, mümkün deyil, lakin dəyişən bir neçə amildən asılıdır: Rusiya ordusunun üstün performansı və Ukrayna ordusunun müqavimətinin qırılması.
Putin Kiyevdə rejim dəyişikliyi və Ukraynanın Qərblə inteqrasiyasına son qoymaq kimi məqsədlərinə nail ola bilər.
Amma Rusiyayönlü hökumət qeyri-legitim kimi görünəcək və üsyanlarla üzləşə bilər. Ona görə də bu, qeyri-sabitlik və iğtişaşlarla nəticələnmə ehtimalı yüksək olan ssenaridir.
Uzun müharibə
Daha çox ehtimal olunan ssenari münaqişələrin uzunmüddətli müharibəyə çevrilməsidir. Rusiya qüvvələri aşağı əhval-ruhiyyə, zəif maddi-texniki təminat və səriştəsiz rəhbərlik səbəbindən irəliləməkdə çətinlik çəkə bilər.
Rusiyanın küçə-küçə döyüşərək Kiyev kimi şəhərləri alması daha uzun çəkə bilər. Uzun mühasirələr ola bilər. Belə bir müharibə Rusiyanın 1990-cı illərdə uzun və qanlı müharibədə Çeçenistanın böyük dağıdılmış paytaxtı olan Qroznı şəhərini ələ keçirməsi ilə analoji ola bilər.
Rus qoşunları Ukrayna şəhərlərində müəyyən qədər mövcud olsa belə, tam nəzarəti saxlamaq üçün mübarizə apara bilər.
Ola bilsin ki, Rusiya bu qədər böyük ölkəni nəzarətdə saxlamaq üçün kifayət qədər əsgər təmin edə bilməsin. Ukrayna silahlı qüvvələri yerli əhalinin dəstəklədiyi qiyamçı qüvvəyə çevrilə bilər.
Qərb silah və sursat göndərməkdə davam edeceyini düşünsək illər sonra Moskvada administrasiya dəyişikliyi ilə Rusiya qüvvələri Ukraynanı əlləri qanlı, boyunlarını əyərək tərk edə bilər. Necə ki, 1989-cu ildə Əfqanıstanı tərk etdilər.
Avropa müharibəsi
Bu münaqişənin Ukrayna hüdudlarından kənara çıxması mümkündürmü? Putin keçmiş Rusiya imperiyasının bəzi hissələrini ələ keçirmək üçün Moldova və Gürcüstan kimi NATO üzvü olmayan keçmiş Sovet ölkələrinə qoşun göndərə bilər.
Bəlkə də yanlış hesablamalar gərginliyin artmasına səbəb olur. Putin Qərbin Ukraynaya yardımını aqressiya kimi şərh edib qisas ala bilər. NATO üzvü olan Baltikyanı ölkələrə qoşun yeritməklə hədələyə bilər.
Bu, NATO ilə böyük müharibə riski yaradır. NATO konvensiyasının 5-ci maddəsində deyilir ki, NATO üzvünə hücum bütün üzvlərə hücum hesab olunacaq.
Amma əgər Putin hakimiyyətdə qalmağın yeganə yolu kimi bunu görərsə, riskə gedə bilər.
Məsələn, Ukraynada özünü məğlub görsə, gərginliyi daha da artırmaq istəyə bilər.Eyni məntiq nüvə silahından istifadədə də özünü göstərə bilər.
Nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirilməsi bir çox şeydən xəbər verir.
Əksər analitiklər bu silahların istifadə olunmayacağını düşünürlər. Amma yenə də Rusiya doktrinasının nüvə silahından istifadəyə icazə verdiyini xatırladır.
Diplomatik həll
Bütün bunlara baxmayaraq, diplomatik həll yolu mümkündürmü?
BMT-nin Baş katibi Antonio Quterreş, “İndi silahlar danışsa da, dialoqa gedən yol həmişə açıq olmalıdır” demişdir.
Bunun ən yaxşı nümunəsi Antalya Diplomatik formunda Türkiyə dövlətinin böyük səyləri nəticəsində Rusiya və Ukrayna Xarici işlər Nazirlərinin görüşməsidir.
Şübhəsiz ki, dialoq davam edəcəkdir.
Rusiya və Ukrayna rəsmiləri artıq üç dəfə Belarus sərhəddində görüşmüşdür.
Onlar böyük irəliləyiş əldə etməsələr də, Putinin davam edən danışıqları göstərir ki, o, atəşkəs ehtimalını rədd etməyib.
Burada əsas sual Qərb diplomatlarının Rusiyaya məqbul təklif verə biləcəyidir.
Diplomatlar Rusiya rəhbərliyinin sanksiyaların ləğvi üçün nə gözlədiklərini bilməsinin vacib olduğunu deyirlər.
Bəs Vladimir Putin?
İşğal başlayanda “Biz istənilən nəticəyə hazırıq” dedi.
Bəs bu nəticə onun hakimiyyətini itirməsidirsə? Düşünmək çətin ola bilər.
Amma son günlər dünya dəyişib və bu, artıq qeyri-mümkün hesab edilmir.
Kings Kollecində Müharibə Tədqiqatları professoru ser Lourens Fridman bu həftə yazıb: “Moskvada hakimiyyət dəyişikliyi Kiyevdə hakimiyyət dəyişikliyi kimi mümkündür”.
Niyə belə yaza bilərdi? Ola bilsin ki, Putinin müharibəsi onun ölkəsində fəlakətə səbəb olacaq. Minlərlə rus əsgəri ölümü Rusiyada mövcud vəziyyəti kökündən dəyşə bilərmi?
İqtisadi sanksiyaların böyük təsiri var. Putin xalqın dəstəyini itirməsi xalq tərəfindən etirazların çoxalması müşahidə edilə bilər
O, hüquq-mühafizə orqanlarından istifadə edərək bu müxalifəti yatırmağa çalışması və gözlənilənin əksinə . Rusiya hərbi, iqtisadi və siyasi elitasının əhəmiyyətli bir hissəsi ona qarşı çıxması bir başqa ssenaridir.
Qərb dövlətləri üçün Putinin yerinə daha mötədil bir lider gəlsə, bəzi sanksiyalar aradan qaldırıla və diplomatik münasibətlər normallaşa bilər.
Ancaq bütün bunlarla bərabər inkişaf etmiş Qərb özünün hələ də Rusiya qazından asıllığına bir alternativ tapa bilməmişdir.
Nəticə
Bunlar bir-birini istisna edən ssenarilər deyil. Bunların müxtəlif elementləri bir araya gələrək fərqli nəticələrə gətirib çıxara bilər.
Amma bu münaqişə necə nəticələnsə də, dünya artıq əvvəlki dünya olmayacağı bəllidir.
Əvvəlki status-kvoya qayıtmaq mümkün olmayacaq. Rusiyanın digər ölkələrlə münasibəti fərqli olacaq. Avropanın təhlükəsizlik siyasəti dəyişəcək. Liberal, beynəlxalq qaydalara əsaslanan nizamın qurulmasının səbəbi də xatırlanacaq. Dünya artıq yeni Soyuq Müharibə dönəminə qədəm qoymuşdur. Bu dönəmdə artıq Rusiyanın bu həmləsindən sonra Çin edəcəyi həmlə daha çox maraq doğurur.