Dünən Ermənistan silahlı qüvvələri heç bir səbəb olmadan Kəlbəcər istiqamətində təxribat törədib. Düşmənin Azərbaycan orsudunun postuna hücumu nəticəsində bir hərbçimiz şəhid olub. Amma ordumuzun qətiyyətli tədbirləri nəticəsində erməni tərəfinin bu hərbi avantürası tam iflasa uğrayıb və şəhidimizin qanı yerdə qalmayıb.
Hərbi mənbələrdən daxil olan məlumata görə, ordumuz cavab tədbirləri ilə düşmənin iki postunu darmadağın edib, oradakı silah-sursatları, bir neçə hərbi texnika və hərbi avtomobil məhv edilib.
İlkin məlumatlara görə, 5-8 arası erməni hərbçiləri məhv edilib, çoxlu sayda yaralılar var.
Görünür, Nikol Paşinyanın KTMT sammitinə formal sədrlik etməsi və Qazaxıstana hərbçi göndərməsi onu yeni avantüraya həvəsləndirib. Amma bu avantüra baş tutmayıb və erməni hərbçilərin ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Mənbə bildirib ki, Azərbaycan bundan sonra da İsrail ordusunun tətbiq etdiyi metoddan istifadə edəcək – hər bir itkimizin əvəzində düşmən cavabını beşqat alacaq.
mənbə:qafqazinfo