Tədqiqatçılar yarasaların obyektin ölçüsü və məsafəsi haqqında məlumat verən “exolocation” üsulundan ilhamlanaraq “Foveated Audio Device (FAD)” adlandırdıqları ağıllı eynəkləri təqdim etməyi hədəflədiklərini bildirirlər.
Eynəklər 14 nəfər üzərində sınaqdan keçirilib. Onlardan 7-si görmə qüsurlu, 7-si isə gözləri bağlı iştirakçılar idi. Eksperiment çərçivəsində iştirakçılar FAD-dan masanın üzərindəki obyektləri skan etmək və səsləndirmək məqsədilə istifadə etdilər. Eksperimentdə kasa, kitab, fincan və butulka materiallarından istifadə edilmişdir.
Alimlər müəyyən ediblər ki, bu eynəklər görmə məhdudiyyətli insanların çox zehni səy göstərmədən obyektləri tanımaq qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb.
Bakı İstadadlı Gənclər Akademiyasının üzvü Məhəmməd Məlikov.