Qlobal miqyasda ötən ilin son rübü üzrə 16 milyon daha çox smartfon satışı həyata keçirilib və Apple şirkəti 23,4 bazar payı ilə Samsung şirkətini üstələyib.
Xarici mətbuata istinadla bildirir ki, beynəlxalq data şirkəti IDC tərəfindən yayaımlanan hesabata görə, ötən ilin oktyabr-dekabr ayları ərzində qlobal bazarda 385,9 milyon smartfon satılıb.
Sözügedən dövrdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16 milyon daha çox smartfon satışı həyata keçirilərkən LG, Vivo, Nokia və Blackberry ən çox smartfon satan şirkətlərin siyahısında aşağı pillərdə qərarlaşıblar. Siyahıda ümumilikdə üstünlük isə Çinli istehsalçılara məxsusdur.
Ən çox smartfon satışı həyata keçirən ilk 5 marka ardıcıl olaraq Apple (90,1 milyon), Samsung (73,9 milyon), Xiaomi (43,3 milyon), Oppo (33,8 milyon) və Huawei (32,3 milyon) olub.