1.ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyinin fəaliyyət sferası hansı sahələri əhatə edir?
– Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Agentlik yalnız Bakı şəhərində fəaliyyət göstərir? Ya ölkənin müxtəlif regionlarında da şöbələr vardır?
– Agentlik təkcə Bakıda fəaliyyət göstərmir. Agentliyin Bakı ilə yanaşı digər regionlarda filialları və müəssisələri var və bu proses bütün ölkə ərazisində həyata keçirilir.
3. Agentlik tabeliyində olan müəssisələrdə hansı şərait, xidmətlər mövcuddur?
– Agentliyin tabeliyində olan müəssislərin fəaliyyət istiqamətləri fərqlidir. Bəzilərində yalnız bir sosial xidmət müəssisəsi olaraq xidmət göstərilir. Bəzilərində reabilitasiya həyata keçirilir. Agentliyin psixonevroloji xidmət müəssisələri vardır. Bu həm Bakıda, həm də regionlarda vardır. Eyni zamanda agentliyin sığınacaqları vardır. Həssas əhali qruplarından olan şəxslər üçün sığınacağımız məhz evsiz, çətin həyat şəraiti ilə üzləşmiş şəxslər üçün nəzərdə tutulur. Eyni zamanda agentliyin dövlət uşaq müəssisələrinin məzunları üçün məzun evi fəaliyyət göstərir. Bundan əlavə qadın alverinin qurbanlarına dəstək üçün agentliyin xüsusi müəssisəsi var, onların hüquqlarının müdafiəsi üçün. Bütün bunlar Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir.
4. 2 aya yaxındır təyin olunduğunuz yeni vəzifədə hansı dəyişiliklər, layihələr yerinə yetirilmişdir?
– Əslində, 2 ay çox kiçik bir müddətdir. Çünki biz qarşımıza çox böyük məqsədlər qoymuşuq. Bu məqsədlər insanlara xidmət göstərməkdən ibarətdir. Əslində bu Sosial Xidmətlər Agentliyinin adında özünü göstərir və düşünürəmki hələlik etdiklərimizi təqdim etmək üçün hələ tezdir. Təbii ki bunun üçün çox çalışmalıyıq və bu prosesi həyata keçirdikcə sosial media vasitəsi ilə xəbər tutaqacaqsınız. Minnətdaram!
Biz də Murad müəllimə və Sosial Xidmətlər Agentliyinin digər əməkdaşlarına uğurlar arzulayırıq!
Müsahibəni apardı: Məhəmməd Əmrahov
MURAD HESİMOVA YENİ TEYİNATİNDA UGURLAR ARZULAYİRAM VE ONA OLAN UMUDLERİ DOGRULTMASİNİ DİLEYİREM