“Müəllimlərin distant təhsil verməsinə nəzarəti məktəb rəhbərliyi həyata keçirəcək”.
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O qeyd edib ki, nəzəratlə əlaqəli nazirlik tərəfindən təlimatlar hazırlanır: “Şagirdlərin biliklərinin qiymətləndirilməsi prosesi olacağından müəllimlər daha diqqətli olmalıdır”.
Şöbə müdiri bildirib ki, yeni tədris ilində tələbələrin təhsil haqqında hər hansı dəyişikliyin olması gözlənilmir.
Report