1912-ci il aprelin 14-nə keçən gecə Titanik Atlantik Okeanına batdıqda, iki London bağlayıcısının hazırladığı dünyanın ən böyük kitabı da batmışdır.
BBC-nin müxbiri Joobin Bekhradın araşdırmasına görə, “Titanik Yeni Dünyanın sularında batan zaman onun ən görkəmli qurbanı kitab olmuşdur”.
Bu sözlər 1988-ci ildə nəşr olunan Livan əsilli fransız yazıçısı Əmin Maalufun tarixi romanı Səmərqənddə qeyd olunmuşdur.
Söhbət XI əsrdə yaşamış Ömər Xəyyamın bu günədək bir çox araşdırmalara mövzu olmuşdur . Onun rübailərinin çoxlu yazılı nüsxələri olsa da, bu kitab yeganə idi. Maaloufun romanında da danışılan onun hekayəsi idi.
Ən çox sevilən kitablardan biri
1900-cü illərin əvvəllərində Londonda iki cildçi Corc Sutcliffe və Francis Sangorski qədim kitab cildləmə sənətini canlandırmağa çalışırdılar və cildləmələrində istifadə etdikləri zəngin naxışlarla tanınırdılar.
Henri Soteran adlı kitab satıcısı onlardan qeyri-adi bir kitab sifariş etmişdi. Onun üçün cildlənəcək kitaba çəlkiləcək xərcin çox olmasının heç bir əhəmiyyəti yox idi. Hətta o bunun üçün cildləmə edənlərə açıq çek vermişdir.
İki illik gərgin zəhmətdən sonra 1911-ci ildə tamamlanan kitabda Elihu Vedderin şəkillərinin müşayiəti ilə Ömər Xəyyamın rübailərinin ingiliscə təfsirləri yer almışdı.
Kitab “Böyük Ömər”, eyni zamanda möhtəşəmliyinə görə “Möhtəşəm kitab” kimi tanınırdı. Üz qabığında üç ornamental tovuz quşu olan kitabda arxa qapaqda Yunan sazı buzuki rəsmi olan kitabda yaqut və zümrüd kimi mindən çox qiymətli daş, beş min ədəd dəri, gümüş, fil sümüyü, qara ağac və 600 səhifəlik 22 karatlıq qızıl yarpaqlardan istifadə edilmişdir.
Sotheran kitabçısı bu kitabı Nyu Yorka göndərmək istəyirdi. Lakin o, Amerika gömrüklərinin tələb etdiyi yüksək gömrük rüsumunu ödəməkdən imtina etdiyi üçün İngiltərəyə geri göndərildi.
Daha sonra Qabriel Uells kitabı auksionda 450 funta (kitabın satışının aşağı həddi 1000 funt sterlinq olaraq təyin edilmişdi) almışdır.
Uells də kitabı Amerikaya göndərmək istəyirdi. Amma təəssüf ki, istinad edilən gəmi onu daşımağa razı olmadı.
Bunun üzərinə Titanikə müraciət edildi. Lakin kitabın hekayəsi Titanikin batması ilə bitmədi. Bir neçə həftə sonra kitabın iki müəllifindən biri olan Sanqorski qəribə bir boğulma nəticəsində ölmüşdür.
Digərinin (Sutcliffe) qardaşı oğlu Stanley Bray, kitabın və “Böyük Ömər”in xatirəsini canlandırmaqda qərarlı idi.
Altı illik işdən sonra o, Sanqorskinin orijinal rəsmlərindən istifadə edərək kitabın yeni nüsxəsini düzəltməyə müvəffəq oldu. Bu kitab saxlanmaq üçün bank kassasına qoyulmuşdu.
Lakin İkinci Dünya Müharibəsi zamanı nasist təyyarələri Londonu bombalayanda bu kitab da darmadağın oldu. Bray yenidən qollarını çırmalayıb yeni surət hazırlamağa başladı. 40 illik fasiləsiz işdən sonra o, hazırladığı görkəmli yeni nüsxəni Britaniya Kitabxanasına verdi.
Brayın vəsiyyətinə əsasən, kitab onun ölümündən sonra kitabxanaya bağışlanmışdır. Bu gün burada bu əsəri görmək mümkündür.
Ölümündən bir müddət əvvəl Bray demişdi: “Mən xurafatçı deyiləm, amma tovuz quşunun fəlakət simvolu olduğu deyilir.”