Tıxaclar gündəlik olaraq nəqliyyatdan istifadə edən insanların həyatının bir hissəsinə çevrilmişdir. Üstəlik də tıxaclar təkcə vaxt itkisinə səbəb olmaqla kifayətlənmir, eyni zamanda iqtisadi baxımdan da ciddi zərərlərə səbəb olur.
Avtomobil xidmətləri və nəqliyyat analizi üzrə mütəxəssis olan “INRIX” adlı amerikalı şirkət və “İqtisadiyyat və Biznes Təhlili Mərkəzi” adlı müəssisənin 2014–cü ilin oktyabr ayı üçün birlikdə hazırladığı hesabata görə, əhalinin artması, ümumdaxili məhsul istehsalının çoxalması, yanacaq qiymətlərinin aşağı düşməsi və əhalinin avtomobil sahibliyindəki artım səbəbilə ABŞ–da tıxacların birbaşa və ya dolayı yolla səbəb olduğu maddi itki 2030–cu ilə qədər 186 milyard dollara çatacaq. Qeyd edək ki, 2013–cü ildə bu göstərici 124 milyard dollar həcmində idi. Yəni, ABŞ–dakı tıxacların səbəb olduğu maliyyə itkisinin 17 il ərzində 50% artacağı proqozlaşdırılır. Təbii ki, bu göstərici araşdırmanın həyata keçirildiyi il mövcud olan şəraitin nəzərdə tutulan illərdə də davam edəcəyi təqdirdə keçərlidir.
Misirin paytaxtı Qahirənin 2010–cu ildəki tıxac problemi təqribən 50 milyard Misir funtu məbləğində bir maliyyə itkisinə səbəb olmuşdu. Bu rəqəm də Misirin ümumdaxili məhsul istehsalının 4%-nə bərabərdir.
Qahirə şəhərində tıxac
Lakin, bu göstəricilərə baxmayaraq, hər hansı bir şəhərdə ümumiyyətlə tıxacın olmaması çox da müsbət hal hesab edilmir. Çünki bir araşdırmaya görə müəyyən səviyyəyə qədər tıxacların olması ilə iqtisadi inkişaf arasında əlaqə vardır. Keçmiş amerikalı siyasətçi John Norquist tıxaclarla bağlı aşağıdakı sözləri söyləmişdir:Ən sərfəli kredit üçün müraciət et
“Tıxac problemi bir növ xolesterinə bənzəyir. Heç olmadığı təqdirdə ölə bilərsən. Onun da xolesterin kimi yaxşı və pis növü vardır.”
Matthias Sweet adlı bir tədqiqatçının apardığı araşdırmaya görə, tıxac problemi yaşamayan şəhərlər üçün müəyyən dərəcədə tıxacların yaşanması bu şəhərlərin iqtisadiyyatı üçün faydalıdır. Çünki bəzən tıxacları azatlmaq üçün sərf edilən maliyyə vəsaiti tıxacların səbəb olduğu maliyyə itkilərindən daha yüksəkdir.