Türkiyənin ilk uçan avtomobili Cezeri sınaq uçuşlarını tamamlayıb.
“Baykar” şirkəti tərəfindən istehsal edilən Türkiyənin ilk uçan avtomobili “Cezeri” ilk sınaq uçuşlarını uğurla tamamlayıb.
Xarici mətbuata istinadla bildirilir ki, şirkət rəsmilərinin açıqlamasına görə, texniki direktor Selcuq Bayraqdarın iştirakı ilə həyata keçirilən “Cezeri” uçan avtomobilinin sınaq uçuşları 11 sentyabr tarixində başlayıb. İlk uçuşlar zamanı təhlükəsizlik ipləri ilə bağlı formada havaya qaldırılan avtomobil sentyabrın 14-dən 15-nə keçən gecə bu uçuşların uğurla tamamlanmasından sonra iplərsiz havaya qaldırılıb. Tamamilə avtonom uçan və ağıllı uçuş sisteminə sahib olan “Cezeri” eyni gecə reallaşdırılan iki sınaq uçuşunu da müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, türk mühəndislərinin dizayn və istehsal etdiyi 230 kiloqram ağırlıqlı uçan avtomobil sınaq uçuşları zamanı 10 metr havaya qalxıb.
Bayraqdar açıqlamasında yaxın gələcəkdə daha təkmilləşdirilmiş modellərin hazırlanacağını və insanlı uçuşların həyata keçiriləcəyini bildirib. Həmçinin vurğulayıb ki, “Cezeri” uçan avtomobilinin istifadəyə verilməsi üçün 10-15 il vaxt lazım olacaq.
Banco