Slavyanların ilk dövləti olan Kiyev Knyazlığından bəri “Rusiya və Ukrayna” eyni xalqın nümayəndələri kimi görünmüşdür. Bəlkə də buna görə Putin daima “bir xalq”dan danışır.
Sovet İttifaqının dağılmasından sonra Gürcüstan və Ukraynanın qərb dünyası ilə sıx əlaqələri rusları sabitliyi pozdu. 2004-cü ildə Ukrayna ilə Rusiya arasında başlayan hadisələr bu günə qədər yüksələn xətlə inkişaf etmişdir.
Bu hadisəllərin nəticəsində ölkənin şərqində (Donetsk və Luqansk) və cənubunda (Krımda) baş verən hadisələr nəticəsində Ukrayna bu üç ərazi üzərində suverenliyini itirdi.
Bu arada Gürcüstan 2008-ci ildə Rusiya ilə Cənubi Osetiya müharibəsində məğlub olub. O, ölkəsinin şimalındakı iki ərazi (Abxaziya və Cənubi Osetiya) üzərində suverenliyini itirib. Bu gün bütün Ukrayna ərazisi üzərində suverenliyini itirmək təhlükəsi qarşısındadır.
Dəqiq sayı bilinməsə də, Ukrayna sərhədində Rusiyanın 100 mindən çox əsgər və texnikası yığılıb. Bu hadisənin qərb dünyasına təzyiq vasitəsi olub-olmadığını, yoxsa işğalın həqiqətən baş verəcəyini zaman göstərəcəkdir. Ancaq mümkün bir işğalın nəticələrini proqnozlaşdırmaq olar.
ABŞ:
- Rusiya banklarına dollardan istifadəni qadağan etmək, SWIFT sistemindən çıxarmaq kimi Rusiyanı beynəlxalq maliyyə sistemindən təcrid etmək cəhdləri ola bilər. Bundan başqa, sanksiyalar hakimiyyəti dəstəkləyən varlı ailələrə qarşı yönəlmişdir.
- Ukraynaya iqtisadi və hərbi dəstək verməyə çalışır.
Birləşmiş Krallıq: İşğal ehtimalına ən sərt reaksiyalardan birini verdi. “Rusiya bu yolu seçsə, bir çox rus analarının oğulları evə qayıda bilməyəcək şəklində açıqlama verilmişdir.
Avropa: “Ukraynaya təhlükə Avropa üçün təhlükədir” kimi bəyanat verildi. “Şimal axını-2” layihəsinin ləğvi gündəmə gəlib. Lakin ittifaqın mərkəzi ölkələrindən biri olan Almaniyanın Ukraynaya silah göndərilməsinin qarşısını alması hələ də dəqiq mövqenin əldə olunmadığını göstərir.
Çin: Təmkinli olmağa çağırdı, Rusiyanın təhlükəsizlik narahatlıqlarının nəzərə alınması lazım olduğunu bildirmişdir.
Yaponiya: Rusiyanın işğalı ehtimalına qarşı ABŞ-la eyni mövqedən çıxış edəcəyini bildirdi.
Belarus: Rusiya işğalını açıq şəkildə dəstəkləməklə, birgə təlimlər göstərdi ki, lazım gələrsə, ölkə ərazisindən işğal üçün istifadə oluna bilər.
Rusiyanın Ukraynaya müdaxiləsinin mümkün nəticələri nələrdir?
1- Regionda siyasi sabitlik tamamilə pozulacaq. Qarabağ müharibəsindən sonra regional balanslarda böyük dəyişiklik olacaq. Avropada Rusiya təhlükəsi 30 ildən sonra yenidən ortaya çıxacaq
2-İşğal Rusiyanın rəhbərliyi altında bölgədəki müttəfiqlərini səfərbər edəcək. Moldovanın Dnestryanı bölgəsinin Rusiyaya birləşdirilməsi ehtimalı gündəmə gələcək.
3- Rusiyanın ağır iqtisadi itkilərə məruz qalacağı göz qabağındadır. Çindən ciddi dəstək olmasa, sanksiyaların öhdəsindən təkbaşına gələ bilməyəcək.
4-Çin Tayvanı işğal etmək üçün zəmin tapacaq.
5-Rusya Türkiyədən sonra Qara dənizdə əsas paya sahib olacaq, Qara dənizdə əsas güc mərkəzi Rusiya olacaq.
6-Türkiyə yaxşı münasibətləri olan, ixracına və turizminə əhəmiyyətli töhfə verən bir ölkəni itirmiş olacaq. Digər tərəfdən, Rusiyadan təbii qazın kəsilməsi ehtimalı çox aşağıdır. Rusiya təyyarə böhranı zamanı belə təbii qazı kəsməsə də, Türkiyə ilə bağlı olmayan bu problem qarşısında təbii qazı bilərəkdən kəsməyəcək. Bununla belə, Türkiyənin göstərəcəyi reaksiyaya görə təbii qazın qiymətində artım gözləmək olar.
7- Son zamanlar Türkiyənin NATO-da əhəmiyyətinin azalması fikrinə yenidən baxılmasına səbəb ola bilər. Türkiyəyə yenidən NATO-nun şərq sərhədlərində qalxan rolu yüklənə bilər.
8- Rusiya sərhədində yerləşən Finlandiya kimi ölkələrin NATO-ya daxil olması prosesi sürətlənəcək.
Rusiyanın Ukraynaya mümkün müdaxiləsi bölgəyə yeni problemlər gətirəcək. Moldovada başlayan problemlərin Gürcüstan və Bosniyaya qədər uzanması mümkündür. Avropa yenidən Rusiyanın təsiri ilə üzləşəcək.
Maraqlıdır ki, Qərb ölkələrinin Rusiyaya münasibəti fərqlidir. ABŞ və Böyük Britaniya buna sərt reaksiya versə də, Almaniyanın daha mülayim mesajları və Ukraynaya göndərilməsi planlaşdırılan silahların bloklanması Rusiyanın öz mövqeyini gücləndirə biləcəyi üçün tənqid edilir.
Buna baxmayaraq, Rusiya ilə Qərb dünyası arasında gərginliyin getdikcə artacağı və bəzi ölkələr üçün qırılma nöqtəsinə çatacağı düşünülür. Rusiya banklarının dollar sistemindən çıxarılması və embarqolar Rusiya iqtisadiyyatına ziyan vuracağı gözlənilir. Müharibə zamanı gözləniləndən fərqli olaraq, Rusiyanın ciddi zədə alması hakimiyyət dəyişikliyini də gətirə bilər. Rusiyanın Çinə öz tarixində heç vaxt olmadığı qədər ehtiyacı olacaqdır. Bütün bunlarla bərabər muharibənin olması bir çox siyasi ekspertlər tərəfindən zəif bir ehtimal kimi görünür.Hadisələrin inkişafı baş verə biləcək bir muharibədə Rusyanın əldə edəcəyi torpaqla bərabər iqtisadi yöndən çöküşüdə sürətlənəcəkdir.