Şuşa…. bu ad hamımız üçün əzizdir bilirəm. Amma mənim üçün bir başqa əzizdir. Kürdəmirli və Qarabağla heç bir fiziki bağı olmayan biri olsam da, heç vaxt oranı görmədiyim halda, 2019-cu il, 3 martda Şuşanı yuxuda görmək mənə həddindən çox təsir etmişdi.. demək Qarabağ bizim genimizə kimi işləmişdi. Yuxu belə idi:”Səhərə yaxın yuxumda ŞUŞAda idim, gəzirdik dostlarla..Olmağına ermənilərdə idi hələ də, necə getdiyimizi özüm də bilmədim, amma gəzirdik.. Necə gəzirdik, onu deyim….O qədər həsrətlə, o qədər özləmlə, o qədər aclıqla gəzirdik ki, ŞUŞA torpağında hər qayasına, hər daşına, torpağının hər qarışına baxıb toxunmaq istəyirdim.. Hər hissəsində şəkil çəkdirməyə çalışırdım, heç bir hissə kənarda qalmasın, hər təpəsinə çıxıb, hər dərəsinə düşüb gəzib toxunmaq üçün özümü ora bura vururdum… O qədər xoş havası, o qədər xoş təbiəti var idi ki, nəfəs almağa doymurdum, ilk dəfə nəfəs alanda ayrı bir həzz aldığımı hiss edirdim… Ayılanda yaşadığım xəyal qırıqlığını anlatmağa sözlər yetməz.. Təkrar yuxuya dalıb davamını görmək üçün çox çalışdım… heyif alınmadı……”Bəli Yuxum 2021-ci ildə gerçək oldu.. Şuşaya ayaq basdım mən də.Şuşaya Horadizdən Ağoğlana ordan Azıx istiqaməti və ordan da Şuşaya yeni, dağlıq ərazilərdən çəkilmiş torpaq yollarla getdik.Yaxınlaşdıqca artıq Daşaltı kəndi görünürdü və onun üstündə sıldırım qayalar.. hansı ki, o qayaların üstündə Azərbaycanın ürəyi olan Şuşa yerləşirdi.. həyacan sevinc qarışıq duyğular keçirirdim.Axşam düşürdü çatanda artıq.. qalacağımız yer ermənilər tərəfindən tikilmiş böyük villa, istirahət mərkəzi idi. Bu evin üzü tarixi Alban kilisəsinə və Xankəndinə açılırdı. Bəli, qaldığımız yerdən Xankəndi rahat görünürdü. Şuşanın həqiqətən Qarabağın üzük qaşı misalının doğru olduğunu gördüm..Durmadan şəkil çəkir, anı əbədiləşdirməyə çalışırdım. Axşam düşürdü artıq və Xankəndinin işıqları da sayrışırdı. Şəhəri gəldiyimiz günün sabahı gəzəcəkdik. Sabahı gözəl Şuşada açmaq da ayrı bir xoşbəxtlik olacaqdı.Səhər açıldı, tələsik çay içib Şuşanı gəzmək üçün yola çıxdıq. İlk istiqamət Cıdır düzü idi. Bəli Cıdır Düzünə gedirdik. Adam inana bilmir, bu necə bir xoşbəxtlik idi İlahi, biz Cıdır düzünə gedirik. Getdik çatdıq, dəmir raşotkalı qapı var idi, qarşısında keçdik içəri.Böyük düzənlik ərazi, sağ tərəfində maili təpə var, orda şam ağacları da var. Qarşıya doğru irəlilədik və nəhayət Cıdır düzünün kənarına, sıldırımlı “sahillərinə” çatdıq. Burda sıldırım qayalar elə möhtəşəm görünürdü ki, adama özünü burdan atmaq, hətta intihar belə cazibəli görünürdüBəli Cıdır düzü belə möhtəşəmdir. Sol cinahında yenə Xankəndi görünürdü, Xankəndinin sağında da Şuşikənd.Burda da doya doya şəkillər çəkdim, amma təbii ki, dadı damağımda qaldı. Heç ayrılmaq istəmirdim Cıdır düzündən. Və nəhayət çıxmalı idik, növbəti ziyarət edəcəyimiz məkanlar bizi gözləyirdi.Bu dəfə istiqamət həmişə tv-lərdən həsrətlə izləyib içində namaz qılmağı arzuladığımız Göhvər Ağa məscidi idi.Azərbaycanda pandemiya səbəbi ilə hər yerdə bağlı olan məscidlər fonunda, Şuşa məscidi 30 illik bağlılıqdan sonra açıq idi. Bağlamaq da haqsızlıq olardı, 30 illik namaza həsrət qalan məkana…Gövhər Ağa məscidində şükür namazı qılıb Allaha sonsuz şükürlər etdik.Növbəti istiqamət Şuşa qalası idi, Şuşanı simvolizə edən, üstündə kiril əlifbası ilə yazılmış Şuşa yazısı ilə xatirimizdə qalan Şuşa qalası..Qalamıza mütəxəssislər cəlb olunmuş və artıq restavrasiya işlərinə başlanmışdı.Şuşa qalasından sonra növbəti dayanacağımız ermənilərin parlament xəyalı qurduqları Şuşa mədəniyyət mərkəzi oldu. Ordan da, Şuşada mərkəzi, tarixi Alban kilisəsinə getdik. İçəri girməsək də, çöldən yaxından seyr edə bildik.Şuşanın hazırkı halı ilə maraqlı olanlar üçün qeyd edim ki, şəhərdə qızğın iş gedir. Təmir olunan, təmizlənən binalar var. Yeni yarımstansiya tikilir, gedərkən yol boyu da yüksək gərginlikli yeni elektrik xətlərinin çəkildiyini görürdük hər addımda. Şuşada marketdən də alış veriş etmək nəsib oldu bizə. Eyni zamanda Şuşa çörək zavodunun çörəyindən də daddıq, çox dadlı idi, yaban yedik çörəyiÇörəyi hər kəsə pulsuz verirlər.Sonra geriyə qaldığımız evə, ordan da günorta Bakıya yola düşdük. Bir şeyi də qeyd edim, məni axtaran, görüşmək istəyən kimsə olanda – “Qardaş mən Şuşadayam, gəlim həll edərik” – cümləsini necə bir həzzlə yazdığımı təsəvvür edə bilməzsizBura qədər oxudunuzsa təşəkkür edirəm, bir az uzun oldu üzürlü sayın