Normalda internetə daxil olanda məlumatlarımız yerli internet provayderdən keçərək internet məkanına çıxış edir. VPN IP ünvanı dəyişərək bu və ya digər səbəbdən ölkəmizdə aktiv olmayan sayt və tətbiqləri işlətməkdə köməklik edir. Bundan əlavə olaraq VPN vasitəsilə YouTube tərəfindən müəyyən ölkələr üçün deaktiv edilmiş videoları izləmək mümkündür. İstifadə etdiyiniz VPN proqramları sizin internetə çıxışınızı öz sistemləri üzərindən təmin edir. Bu isə birbaşa təhlükəli ola bilər. Səbəb isə sizin VPN-dən istifadə edən zaman göndərdiyiniz məlumatların, istifadə etdiyiniz VPN servisləri üzərindən keçib ünvana çatmasıdır. Belə olan halda artıq 3-cü tərəfin sizin məlumatlarınızı əldə etmə imkanı olur. Belə VPN şirkətləri sizin IP address, MAC addresslərinizi girdiyiniz vebsaytları və lazım olduqda digər sizə məxsus məlumatları saxlayır. Bu məlumatlar 4-cü tərəfə satıla bilər.
Başqa bir izah: VPN proqramı, istifafə etdiyiniz cihazınızlıa VPN şirkəti tərəfindən idarə edilən bir server arasında şifrəli bir bağlantı yaradadır. Əsasən PPTP, L2TP kimi protokollarla şifrələnir. Və xüsusi şifrələnmə vasitəsilə ilə sizin yerli internet provayderlərindən bir növ gizlədir.
Ən sadə izah dildə desək: A nöqtəsindən B nöqtəsinə göndərdiyiniz paket ortada C nöqtəsində ola yoxlama məntəqəsindən keçir. C nöqtəsində olan post sizin paketinizə nə istəsə edə bilər. Burda A siz, B məlumatı göndərdiyiniz tərəf, C isə sizin istifadə etdiyiniz VPN tətbiqidir.
Görə biləcəyiniz lazımi tədbirlər:
1. VPN proqramlarının kimə, kimlərə məxsus olduğuna baxılmalıdır;
2. Mümkün qədər VPN proqramlarından istifadə edərkən önəmli (şəkil, video, səs, yazı) informasiyaları göndərməyin;
3. Mütləq şəkildə VPN istifadə etməlisinizsə, inanılan və bazarda öz sözünü demiş şirkətlərdən yalnız pullu VPN-lər almağa çalışın. VPN şirkti seçərkən onun hansı ölkədə yerləşməsinə, hansı data qanunvericiliyinə tabe olmasına baxdıqdan sonra qərar verin.
Mənbə: Fərid Pərdəşünas, Sayad İbrahimov