Biz hamımız Vyetnam müharibəsi haqqında az-çox eşitmişik. Bu, ABŞ-ın böyük bir məğlubiyyətlə üzləşdiyi müharibə olaraq adlandırılır. Televiziya və internetdə gördüyümüz şəkillər və videolar bizə bu müharibənin necə qanlı və dəhşətli olduğunu göstərir. Bəs yaxşı Vyetnamlılar bu gün belə fövqəlgüc olaraq qalan Amerikanı necə hansı yolla məğlubiyyətə uğrada bilmişdir?
Vyetnam müharibəsi dünya müharibəsi tarixində elə böyük iz buraxdı ki, bu gün Yaxın Şərqin bataqlığını belə başa düşmək istəsək, Vyetnam müharibəsinə nəzər salmalı olacağıq. Bəs necə olur ki, 42 il əvvəl bitən müharibənin təsirləri bu günə qədər davam edir?
Müharibənin şiddətini anlamaq üçün Vietnam gerillalarının lideri Ho Şi Minh bu sözləri demişdir: “Tüfəngi olanlar tüfəngləri ilə, qılıncı olanlar qılıncları ilə, qılıncı olmayanlar isə ağac və daşlar ilə müharibə aparırdı.Hər küçə birər səngər, hər bir insan birər döyüşçü hər bir partiya binası bir qərərgah rolunu oynayırdı.Qələbə bizə çox böyük 13 milyon itki və yüzminlərlə yarlı hesabına başa gəldi.
Vyetnam
Rəsmi adı Vyetnam Sosialist Respublikasıdır. Cənub-Şərqi Asiyada və Hind-Çin yarımadasının şərqində yerləşir.
Vyetnam müharibəsi 1945-ci ildə başlayıb və 1975-ci ildə başa çatıb. 30 ildir davam edən bu müharibədə ABŞ son 10 ildə birbaşa iştirak etmişdir. İlk 20 il Fransanın, bir az da Yaponların iştirakı ilə dəvam etmişdir. Vyetnam müharibəsi dedikdə əsas ağla gələn ABŞ-ın daxil olduğu son 10 illik dönəmdir.
Bildiyiniz kimi, 1945-ci ildə İkinci Dünya Müharibəsinin başa çatması ilə dünyada sovet ekspansionizmi yarandı. Bunun qarşısını almaq istəyən ABŞ ilk olaraq 1949-cu ildə NATO, 1954-cü ildə Balkan ittifaqı və nəhayət SSRİ-ni cilovlamaq siyasətinin Uzaq Şərq ayağı olan SEATO (Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı) qurmuşdur
Beləliklə, SSRİ hər tərəfdən mühasirəyə alındı. Lakin 1954-cü ildə kommunist lideri Ho Şi Minin başçılıq etdiyi kommunist qüvvələr 1954-cü ildə Vyetnamda fransızları məğlub etdi. Edilən razılaşmalarla Vyetnam kommunist Şimal və ABŞ tərəfdarı olan Cənuba bölünmüşdür. Qalıcı bir həll və razılaşma əldə oluna bilmədiyi üçün beş il ərzində kommunistlər Güneyə qarşı partizan müharibəsinə başladılar. Beləliklə, ABŞ Vyetnamdaki müharibəyə qarışdı.
Müharibənin miqyasını anlamaq üçün ilk növbədə müharibədə iştirak edən dövlətlərin güclərinə nəzər salaq:
ABŞ və Cənubi Vyetnamın rəhbərlik etdiyi qərb dövlətləri; 1 milyon 830 min,
SSRİ və Çinin rəhbərlik etdiyi Şərq Bloku ölkələri (əsasən Şimali Vyetnam); 461 min
1965-ci ilin martında ABŞ quru qoşunları Cənuba ayaq basdı. 1968-ci ildə Cənubi Vyetnamdakı ABŞ əsgərlərinin sayı 536.000 nəfərə çatmışdı.
Burada diqqət çəkən məqam bu müharibənin böyük vəhşiliklə yadda qalmasıdır .İş o yerə çatdı ki, ABŞ-ın ağır bombardmançı təyyarələri B-52 1972-ci ildə altı ay ərzində Şimali Vyetnama 400.000 ton bomba atdı. Şimali kommunistlərin və ABŞ əsgərlərinin bir-birindən əsir götürdükləri əsgərlərə verdikləri ağlasığmaz işgəncələr bu gün belə sənıdli film və kitablarda bəhs olunur
Bu müharibəyə qatılmaqdan imtina etdiyi üçün hətta məhşur boksçu Məhəmməd Əlinin titulları əlindən alınmış və boksdan uzaqlaşdırılmışdır.
“Bu müharibə ağ pul atalarının azadlıqlarını istəyən insanlara qarşı bir oyunudur. Əgər bu müharibə o əzilən xalqa azadlıq gətirəcəyini bilsəm sabah oraya gedib döyüşərdim. Amma onlara da Amerika’dakı biz zəncilərə etdiklərini etməyə çalışırlar onları əsir götürüb qul edəcəklər və özləri üçün işlədəcəklər. İnsanın həyatındakı ən böyük müharibə hər şeyə baxmayaraq doğru bildiyi yolda qala bilməsidir. Mən dinimin və azadlıq düşüncəmin ifadə etdiyi yolnan gedəcəyəm. Bütün insanlar azad olmalı, pul atası bir neçə ağ adam tərəfindən qul edilməməlidir. Müharibəyə qatılmasam həbsə düşəcəyimi deyirlər. Nə olsun? Onsuz da elə 400 ildir həbsdəyik.”
Təbii ki, bu müharibə dünyaya, xüsusən də Amerika xalqına böyük təsir göstərdi. Müharibənin görüntüləri televizorların evə daxil olması ilə ABŞ xalqında dərin təəssürat yaratdı və müharibəyə qarşı kütləvi nümayişlər başladı. Müharibə səbəbiylə ABŞ-ın büdcə kəsiri yaşaması və bir çox başqa səbəblərin yığılması səbəblərin də nəticəsində 27 yanvar 1973-cü ildə Parisdə atəşkəs sazişi imzalandı. Beləliklə, ABŞ məğlubiyyəti qəbul etdi və Vyetnamdan geri çəkildi. Lakin sonrakı 2 il ərzində Cənubi Vyetnamla müharibə xalq ordusunun 30 aprel 1975-ci ildə Sayqonu ələ keçirməsi ilə sona çatdı.
Müharibənin nəticələri
ABŞ və Qərb ölkələri;
-Cənubi Vyetnam: 300 min ölü, 1 milyon 700 min yaralı
-ABŞ: 60 min ölü, 300 min yaralı, 1500 itkin
-Cənubi Koreya: 5 min ölü, 3 min yaralı
Laos Krallığı: 30 min ölü.
SSRİ və Şərq Bloku ölkələri;
Şimali Vyetnam: 1 milyon 176 min ölü/itkin, 600 min yaralı,
Çin Xalq Respublikası: 1,446 ölü, 4,200 yaralı
SSRİ: 16 ölü.
Bütün bunlardan başqa;
Vyetnamlı mülki vətəndaşların sayı (hər iki tərəfdən): 2 milyon.
Kamboca mülki itkisi: 1 milyon,
Laosda mülki vətəndaşların ölənlərin sayı: 50 min.
50.000-dən çox ABŞ əsgəri öldü, minlərlə adam yaralandı və ya itkin düşdü. Vyetnamın itkisi dəhşətli oldu. Vyetnam ərazisinin üçdə biri intensiv bombardmanlar nəticəsində yararsız hala düşüb. Lakin bütün bu nəticələrə baxmayaraq, Vyetnam müharibədən qalib ayrıldı. Lakin bu müharibənin ən maraqlı nəticələrindən biri də o oldu ki, müharibə bitib ABŞ əsgərləri evlərinə qayıtdıqdan sonra müharibənin travmasından sağalmayan 50 mindən çox ABŞ əsgəri öz əlləri ilə həyatlarına son qoydular, düşmən gülləsi ilə deyil. Əslində bu, bəlkə də müharibənin nəticələrinin ən mühüm nəticələrindən biridir.
Ümumiyyətlə, dünya müharibələrində müharibənin insan psixologiyasına təsiri ümumiyyətlə qeyd olunmur. Bunun əvəzinə neçə əsgərin öldüyü və neçəsinin yaralandığı kimi qiymətləndirmə aparılır. Sanki o, döyüşən insandan çox robotdur.
Dünya tarixində baş verən bütün müharibələr bəşəriyyətin gələcəyini az-çox həlledici olmuşdur. Bunun ən böyük nümunələrindən biri Vyetnam müharibəsidir.
ABŞ bu müharibəni məğlubiyyətlə tərk etdi. Və onun nüfuzu sarsıldı. O qədər ki, bunun təsirlərini Hollivud filmlərində görə bilərik. Hamımızın az-çox bildiyi Rembo filmi buna misaldır. ABŞ 1991-ci il Körfəz Müharibəsi ilə bu müharibənin təsirlərindən qurtula bildi.
Bu müharibə ilə ABŞ əslində sonrakı dönəmlərdə lazım olmadıqca özü bir başa muharibəyə daxil olmamağı tərəflərdən birini lazım olduqda dəstəkləməyi və iqtisadi sanksiyalar yolu ilə zəyiflətmə yollarını seçmişdir. Son dönəmlərdə Əfqanistan və İraqda da buna oxşar nəticələr olsada bu bölgələrdə özəlliklə Yaxın Şərqdə istədiynə əsasən nail olmuşdur.
Artıq yeni dönəmdə açıq müharibələr deyil daxildən və ya iqtisadi yollarla təhdit sayılan ölkələrə qarşı mübarizə reallığa çevrilmişdir. Bunu ərəb ölkələrində baş verən çevrilişlərdə , Şimali Koreya və İrana qarş tətbiq edilən sanksiyalarda və digər məxməri inqilablarda görmək mümkündür.Hər nə qədər sanksiyalar qeyd olunsada silah bazarının böyüklüyünü, bir sıra çıxar mubarizələrini düşündükdə müharibəsiz və iç qarışıqlıq olmadan dünyanın düşünülməsi çətindir.