Fevralın 8-dən etibarən populyar “WhatsApp” messencerində yeni istifadə qaydaları qüvvəyə minəcək.
Məxfiliklə bağlı yeni şərtlər və siyasətin yenilənməsi messener tərəfindən ötən ilin iyulunda elan edilən analoji dəyişikliyə əsaslanır. Lakin əvvəlki yeniləmədə “WhatsApp” tərəfindən istifadəçilərə “Facebook”da “WhatsApp” hesab məlumatları haqqında informasiyanı təqdim etməmək üçün imkan yaradılmışdı. Son yeniləmədə isə “WhatsApp”ın bu imkandan imtina etməsi nəticəsində istifadəçilər messencerdən istifadəni davam etdirmək üçün məxfiliklə bağlı yeni şərtlər və siyasəti qəbul etməyə məcbur olacaqlar.
Məlumata görə, istifadəçi məlumatlarının emalının fərqli şəkildə aparılması planlaşdırılır. Məsələn, bu, məxfiliklə bağlı bir sıra öhdəliklərə şamil ediləcək. Bundan başqa, əlavə məhsul imkanları, təhlükəsizlik, bütövlük və qorunmaya zəmanət üçün məlumatların emalı ilə əlaqədar yeni funksiyalar əlavə ediləcək. Həmçinin yeniləmələrdə istifadəçi quraşdırmaları parametrlərinə, sorğu mərkəzi məntəqələrinə və məlumatlara nəzarət metodlarına yeni birbaşa linklər yaradılacaq.
İstifadəçi fevralın 8-dək müvafiq şərtləri qəbul edə və ya messencerdən istifadədən imtina edə bilər.