Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən bu yenilik yaxın həftələrdə bəzi istifadəçilər üçün aktivləşdiriləcək. Bununla belə şirkət bildirib ki, istifadəçilər əvvəlki kimi videolara dislike qoya biləcəklər. Sadəcə olaraq onlar videonun ümumi dislike sayını görməyəcəklər. Videoların yaradıcıları isə Youtube Studio bölməsində adi like-lar ilə dislike-ların saylarını görə biləcəklər. Youtube bildirib ki, o bu funksiyanı videoların yaradıcılarının xahişi əsasında test edir. Belə ki, istifadəçilər bəzən bilərəkdən videolara dislike qoya bilərlər.
Sözügedən test kiçik istifadəçi kütləsi arasında aparılacaq. Testin hansı ölkələrdə keçiriləcəyi barəsində məlumat verilməyib. Əgər hansısa təsadüfi istifadəçi Youtube-da yeni interfeysi görsə o öz istəyinə uyğun olaraq həmin interfeysdən imtina edə bilməyəcək. Onlar sadəcə olaraq bu barədə ola biləcək fikirlərini Youtube ilə bölüşə bilərlər. Bununla belə Youtube hələ ki, dislike sayının əks olunmaması özəlliyini bütün istifadəçilər üçün təqdim etməyi planlaşdırmır. Təcrübənin rəylərinin analiz edilməsi öz növbəsində gələcəkdə bu imkanın yaradılıb-yaradılmamasının vacibliyini təyin etməyə yardımçı olacaq.
Technote