Ukraynanın paytaxtı Kiyevdə Prezident Volodimir Zelenski ilə ABŞ-ın dövlət katibi Entoni Blinken və ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında görüş keçirilib.
Bu barədə məlumatı Zelenskinin Mətbuat xidməti yayıb.
Bununla yanaşı, Zelenski öz rəsmi instaqram hesabında görüşdən fotolar paylaşıb və toplantı zamanı müzakirə olunan məsələləri açıqlayıb:
“Dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloys Ostin ilə müdafiə yardımı, Rusiyaya qarşı sanksiya siyasətinin gücləndirilməsi, Ukraynaya maliyyə dəstəyi və təhlükəsizlik zəmanətləri məsələlərini müzakirə etdik”.